İşin təsviri
Vəzifə öhdəlikləri:
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi;
- Müəssisənin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşməsində iştirak;
- Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi;
- İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi;
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
- Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması;
- Tenderin nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi;
- Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
- Müqavilə imzalanması ilə bağlı qalib və digər iştirakçı təşkilatlara bildirişlərin göndərilməsi və Podratçı təşkilatların təqdim etdiyi təminatların geri qaytarılması prosesinin həyata keçirilməsi;
- Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması;
- Xərclərin azaldılması məqsədilə təkliflərin verilməsi;
- Müqavilələrin icrasına və şərtlərinin yerinə yetirilməsinə nəzarət.
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il təcrübə
Bilik və bacarıqlar:
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
- etender.gov.az portalından istifadə təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilməli, ingilis dili arzuolunandır;
- Word, Excel proqramları ilə işləmək bacarığı olmalıdır.
İşin qısa təsviri:
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi
Bu meyarlara uyğun namizədlər CV-lərini 27.03.2023-cü il tarixinədək “Satınalma mütəxəssisi” başlığı ilə göndərə bilərlər.
Email: [email protected]