Ofis menecer

  • Leznik&Co
  • Elanın qoyulma tarixi: 14.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədin öhdəlikləri:

  • Şirkət haqqında məlumatların qəbulunu və ötürülməsini təmin etmək (telefon, poçt, sosial şəbəkələr və birbaşa müştəri ilə ünsiyyət).
  • Telefon zənglərinə cavab vermək;
  • Müştəri müraciətlərini qeydiyyat etmək; 
  • Sorğudan asılı olaraq müştəriləri yönləndirmək;
  • Valideynlərlə əlaqə saxlamaq və onlara test nəticələri, ev tapşırıqları, davamiyyət və gecikmə haqqında məlumatlar vermək;
  • Rəhbərliyin tələb etdiyi dövri hesabatlar hazırlamaq;
  • Üst rəhbərlik tərəfindən təsdiq edilmiş şirkətin daxili qaydalarına və prosedurlarına riayət etmək.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və Rus dillərini sərbəst bilmək və qrammatik düzgün yazının olması;
  • Satış bacarığı;
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq, ünsiyyətcil;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Sorğuların operativ cavablandırılması və təşkilatçılıq qabiliyyəti;
  • Zamanın idarə olunması və ünsiyyət bacarıqları;
  • Stressə davamlılıq.

Təqdim etdiyimiz iş şərtləri:

  • Ofisdə individual iş yeri;
  • Stabil, gecikməyən əmək haqqı;
  • Mütəmadi təlimlər;
  • Professional karyera inkişafı üçün mükəmməl perspektiv; 
  • İş qrafiki: 6 günlük iş rejimi
  • I - V günlər 10:00 - 18:00 aralığında (nahar və istirahət fasiləsi də daxil olmaqla), şənbə günləri isə 9:00 - 14:00 aralığı;
  • Əmək haqqı razılaşdırma ilə təyin edilir.

Uyğun namizədlər CV-lərini mail ünvanına göndərə bilərlər.