CRM mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • CRM kanalları çərçivəsində müştəri müraciətlərinin düzgün və təyin edilmiş qaydalara uyğun emal edilməsinə nəzarət edir;
  • Sifarişlərin vaxtlı-vaxtında icra edilməsini təmin edir;
  • Lead və Deal axınlarının səmərəli icrasına görə cavabdehdir;
  • CRM fəaliyyətləri ilə bağlı şablonlara uyğun şəkildə dövri hesabatlar hazırlayır;
  • CRM axınlarının təkmilləşdirilməsi üzrə lazımi təkliflər edir, aşkarladığı boşluqlar barədə məruzələr edir;
  • FAQ bazasının təkmilləşdirilməsində iştirak edir;
  • Xidmət keyfiyyətinə nəzarət işinin təşkilində iştirak edir.

Namizədə dair tələblər:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznes idarəçiliyi sahəsi üzrə );
  • Müvafiq sahədə minimum 1il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazma qabiliyyətləri, rus və ingilis dillərini yaxşı səviyyədə bilməlidir.

İş şərtlərimiz:

  • 5 günlük iş qrafiki, 08:30 - 17:30;
  • Əmək haqqı: 900 AZN;
  • İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “CRM” yazaraq göndərmələri xahiş olunur.

Email: [email protected]