Alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 13.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Bankın KOS kateqoriyasına aid olan müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
  • Bu kateqoriyaya aid müştərilərdən kredit sifarişlərini qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək;
  • Yeni müştərilər cəlb etmək və mövcud portfeli idarə etmək;
  • Problemli kreditlər üzrə ilkin təqibi həyata keçirmək;
  • Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.

Tələblər:

  • Ali iqtisadi təhsil olmalı;
  • Azərbaycan və Rus dili biliyi olmalı;
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
  • Analitik düşünmə qabiliyyəti olmalı;
  • Detallar ilə işləmə bacarığı olmalı;
  • Microsoft Office proqram paketini bilməli.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

İşəgötürənin reytinqi