Sığorta riski və ehtiyatların hesablanması şöbəsinin mütəxəssis-aktuarisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 09.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Sığorta öhdəlikləri üzrə ehtiyatlarının hesablanmasını (Maliyyə Hesabtlarının Beynəlxalq Standartına uyğun və Nəzarət orqanının tələblərinə əsasən) aparmaq;
  • Sığorta öhdəlikləri üzrə ehtiyatların adekvatlığını ölçmək (LAT, Run-off ) və ehtiyatlarla bağlı digər analiz hesabatlarının hazırlanması;
  • Uçot jurnalının hazırlanması və avtomatlaşdırılması prosesində iştirak etmək; 
  • Sığorta riski üzrə daxili alətlərin/modellərin yaradılması, tətbiq edilməsi və təkmilləşdirilməsində iştirak etmək;
  • Risk səviyyələri üzrə  hesablamları həyata keçirmək;
  • Sığorta riskləri üzrə  hesabatların qaydalar çərçivəsində hazırlanmasınıda iştirak etmək;
  • Müvafiq araşdırma, tədqiqat, təhlil işlərinin aparılmasında iştirak (qiymətləndirmənin adekvatlığı, portfel analizi, təkrarsığortanın effektivliyi, büdcələmə prosesində iştirak);
  • Birbaşa rəhbərinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Risklərin idarə edilməsi və ya aktuar sahəsində ən az 1 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: Riyaziyyat, İqtisadiyyat və Maliyyə sahəsində bakalavr dərəcəsi tələb olunur
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta, Rus dili: orta
  • Üstünlüklər: SOA Exam P/FM və ya yerli aktuari imtanlarında nailiyyət, Aktuar lisenziyasının olması, beynəlxalq və ya yerli aktuar imtahanlarından uğurla keçməsi
  • Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS Power Point: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi