Kredit Yoxlanışı üzrə İşçi (Naxçıvan filialı üzrə)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 09.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə  kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan  əmin olmaq;
  • Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadəetmə imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
  • Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
  • İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində ən azı 6 aylıq iş təcrübəsi; o cümlədən, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
  • Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;
  • Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

Texniki tələblər:

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması; 

Sosial imtiyazlar:

  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Yanacaq və Amortizasiya xərcləri
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • Peşəkar beynəlxalq iş mühiti

 

https://glorri.com/fincaazerbaijan/64097cc149e7ba6de2f6c211-Kredit%20Yoxlan%C4%B1%C5%9F%C4%B1%20%C3%BCzr%C9%99%20%C4%B0%C5%9F%C3%A7i%20(Nax%C3%A7%C4%B1van%20filial%C4%B1%20%C3%BCzr%C9%99)?sources

İşəgötürənin reytinqi