Kredit Risklərinin İdarə Edilməsi üzrə Kiçik Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 07.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Kredit risklərinin qiymətləndirilməsi, kredit göstəriciləri üzrə hesabatların hazırlanması, məlumatın və biznesin analizi, aşkarlanmış nəticələrin və hesabatların rəhbərliyə müvafiq formatda təqdim olunmasına cavabdehlik;
  • Kredit itkisi modellərinin hazırlanmasına, rəsmiləşdirilməsinə, həyata keçirilməsinə və təkmilləşdirilməsinə dəstəyin verilməsi (EL, roll rate, vintage);
  • Bank üzrə kredit risklərinin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə biznes və risk menecerlərlə yaxından işləməsi;
  • Bazardakı kredit riskləri trendlərinin izlənməsi və məlumatın həmkarlarla və rəhbərliklə paylaşması;
  • Sistematik metodologiya təkmilləşdirmələrinin qiymətləndirilməsi, hazırlanması və həyata keçirilməsinə dəstək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

  • Təhsil: maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
  • Təcrübə: kredit, risk və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
  • Xarici dil: ingilis dili (səlis).
  • Kompüter bilikləri: "Microsoft Office" proqramları.

 

https://glorri.com/pashabank/6406ca1349e7ba66fcef46ad-Kredit%20Riskl%C9%99rinin%20%C4%B0dar%C9%99%20Edilm%C9%99si%20%C3%BCzr%C9%99%20Ki%C3%A7ik%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources=JobSearch

İşəgötürənin reytinqi