Risklərin idarə edilməsi üzrə mütəxəssis

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 03.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Aylıq olaraq Əsas Risk Göstəricilərinin (KRI) hesablanması və hesabatlığının aparılması;
  • Risk iştahasının hazırlanmasında iştirak etmək və monitorinqi ilə bağlı prosesə nəzarəti təmin etmək;
  • Risk Control Self Assessment (RCSA) prosesinin koordinasiya edilməsi və digər struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi;
  • Risk xəritəsinin hazırlanması;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsində iştirak etmək və tətbiqi üzrə işləri həyata keçirmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədi ilə digər struktur bölmələrdən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
  • Business Impact Analysis (BIA) prosesinin koordinasiya edilməsi və digər struktur bölmələrə metodoloji dəstəyin göstərilməsi;
  • Üçüncü tərəf risklərinin qiymətləndirilməsi (TPRA) prosesində iştirak etmək;
  • Şirkətin təklif etdiyi məhsul və xidmətlərin risk qiymətləndirməsini həyata keçirmək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsini həyata keçirmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

Təhsil və Təcrübə:

  • Maliyyə, İqtisadiyyat, İdarəetmə və ya oxşar sahə üzrə ali təhsil;
  • Risklərin idarə olunması və ya audit sahəsində ən az 2 il iş təcrübəsi (maliyyə qurumları və ya məsləhətçi şirkətlərin birində təcrübəsi olan namizədlərə üstünlük verilir)
  • Müvafiq sahə üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir;

Bacarıqlar:

  • Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
  • Dil bilikləri:
  • Azərbaycan dili – səlis
  • İngilis dili - yüksək
  • Rus dili biliyi arzuolunandır. 

Şəxsi bacarıqlar:

  • Yaxşı təqdimat bacarıqları
  • Komandada işləmək bacarığı;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq.

 

https://glorri.com/fincaazerbaijan/6401a5cd0e28574922e7b2ea-Riskl%C9%99rin%20idar%C9%99%20edilm%C9%99si%20%C3%BCzr%C9%99%20m%C3%BCt%C9%99x%C9%99ssis%20?sources

İşəgötürənin reytinqi