İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müasir şəbəkə infrastrukturlarının struktur və komponentlərini, eyni zamanda funksional təyinatlarını başa düşərək izah etməyi bacarmaq.
- IP şəbəkələri və şəbəkə infratrukturunun (Wired, Wireless) dizayn prinsiplərini bilmək
- Klassik şəbəkə protokolları və SDN (Software Defined Network) texnologiyası haqqında məlumatlı olmaq.
- Şəbəkə təhlükəsizliyi avadanlıqlarını (NGFW, IPS, WAF və s.) tanımaq, fərqləndirə bilmək və konfiqurasiya etməyi bacarmaq
- Müştərinin problemlərini analiz edərək başa düşmək.
- Təklif ediləcək həllin biznes nəticələrini anlamaq və bunu müştəriyə izah edə bilmək.
- Təqdimat hazırlamaq və müştəriyə təqdim etməyi bacarmaq.
- Təklif olunacaq həllin vizuallaşdırılmasını və HLD (High level design) çəkməyi bacarmaq.
- Kritik sistemləri təhlil etmək və sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək bacarığı.
- Həll sənədlərinin və təqdimatların hazırlanmasında təcrübəli.
- Microsoft Power Point və Visio proqramlarında işləyə bilmək.
Davranış bacarıqları:
- Ünsiyyətcil olmaq.
- Müştəri ilə pozitiv ünsiyyət qurmağı bacarmaq.
- Təhlil etmək və problem həll etmək bacarığı.
- Çevik yanaşma, yeni vəziyyətlərə və problemlərə uyğunlaşmağı bacarmaq
- Komandada işləmək bacarığı
Xüsusi tələblər:
- İnformasiya texnologiyaları və ya digər texniki ixtisalar üzrə ən azı ali bakalavr dərəcəli təhsili.
- Şəbəkə və şəbəkə təhlükəsizliyi həlləri sahəsində ən azı 5 illik təcrübə (şəbəkələrin dizaynı və tətbiqi sahəsində təcrübə)
- Dünyanın aparıcı telekommunikasiya avadnlıqları istehsalçılarının (Cisco, Aruba, Fortinet və s.) sertifikatlarına malik olanlara üstünlük verilir.
- Azərbaycan, ingilis və rus dillərində danışmaq və yazmaq.
- Daxili və beynəlxalq səyahətlər üçün ezam olunmağa hazır olmaq.
- Sales engineer, Presales manager , Solution Architect və s. vəzifələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir.
Maraqlanan namizədlər CV-ləri “Satışa dəstək mühəndisi (presales engineer)” başlığı altında göndərə bilərlər.
Email: [email protected]