Şirkət: A+A Security MMC
Vəzifə: Layihə meneceri
Vəzifə öhdəlikləri:
• Təklif edilən avadanlığın xüsusiyyətlərini və imkanlarını bilmək 
• Carı layihələrin gedişatı, müddəti və yerinə yetirilməsinin idarə edilməsi 
• Texniki həllin işləyib hazırlanması 
• Sifarişçi ilə texniki məsuliyyətlərin sərhədlərinin razılaşdırılması 
• Avadanlıq və görüləcək işlər üzrə dəyərin hesablanması 
• Komersiya təklifinin hazırlanması
• Avadanlığın sifarişinə nəzarət edilməsi 
• Texniki həllin sınaqdan keçirilməsi 
• Quraşdırma üzrə çertyojların hazırlanması 
• Quraşdırma qrupuna iş həcminin təyin edilməsi və onların icra müddətinə nəzarət edilməsi
• Layihələr üzrə məsrəf və gəlirlərin aylıq hesabatı
Tələblər:
Ali texniki təhsil. 
Azərbaycan dili, İngilis dili 
MS Office proqramlarında işləyə bilmək bacarığı
Yaş 25-35
İş şərtləri:
İş qrafiki 09:00-18:00 (şənbə günləri 10:00-14:00) 
Əmək haqqı namizədə görə təyin olunacaq.
Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.
E-mail göndərilərkən mövzu hissəsinə "Layihə meneceri" başlığı yazılmalıdır.