Sənədləşmə üzrə mütəxəssis (Mühasibatlıq ilə əlaqələndirici şəxs)

İşin təsviri

Tələblər:

  • Kargüzarlıq işlərinin aparılması qaydaları və standartlarını bilməli;
  • Riyazi biliklərə malik olmalı;
  • Rus dili mütləq, ingilis dili – üstünlükdür;
  • Sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üzrə təcrübə;
  • İşgüzar münasibətlərin etik qaydalarını bilməli;
  • Yaş həddi: 20-40 yaş;
  • MS Excel və MS Word proqramlarında sərbəst işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Kargüzarlıq işlərinin icrası;
  • Müqavilələrin, hesab-fakturaların, qaimələrin, görülmüş işlər üzrə aktların və gömrük sənədlərinin hazırlanması;
  • Layihələr üzrə göndərilmiş hesab-fakturaların ödənişlərinə nəzarət;
  • Anbar əməliyyatlarının və malların logistikasına nəzarət;
  • Avadanlıq sifarişlərinin qəbul edilməsi, yerləşdirilməsi və düzəlişlərin aparılması;
  • Daşınmaların optimallaşdırılması;
  • İstehsalçının balans hesabatlarının aparılması;
  • İstehsalçı tərəfindən tələb edilən aylıq hesabatların hazırlanması (CRM Pipeline Monthly Output);
  • Qüsurlu avadanlıqların dəyişdirilməsi və zəmanət çərçivəsində təmir proseslərinin təşkilinə dəstək;
  • Görüşlərin təşkili;
  • Bazarın tələblərinə uyğun yeni məhsul və həllərin araşdırılması;
  • Yeni məhsullar haqqında məlumatlılığın təmin edilməsi.

İş şərtləri:

  • İş qrafiki: həftə içi, 09:00–18:00 (nahar fasiləsi: 13:00–14:00);
  • İstirahət günləri: şənbə və bazar;
  • Əmək haqqı: 700–900 AZN;

Təminatlar:

  • Şirkət nömrəsi təqdim olunur.

YALNIZ UYGUN NAMİZƏDLƏR CV-lərini “Sənədləşmə üzrə mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına yönləndirə bilərlər.