Anbardar (ehtiyat hissələri anbarı)

İşin təsviri

Namizədə olan tələblər:

  • Təcrübə: Anbardar kimi minimum 3 il iş təcrübəsi (ehtiyat hissələri sahəsində təcrübə üstünlükdür);
  • MS Excel-lə işləmə bacarığı (Min-Max, SUM, SUMIFS, COUNTIFS, VLOOKUP, LOOKUP və s. Riyazi və məntiqi funksiyalardan istifadə bacarığı);
  • 1C, Logo və ya digər proqramlarda anbar modulları üzrə işləmə təcrübəsi: 
  • Avtomatlaşdırılmış anbarlarda iş təcrübəsinə sahib olması arzu olunandır  (hər hansı WMS proqramları ola bilər);
  • Riyazi məntiq və analitik düşüncə qabiliyyəti;
  • Komanda ilə işləmək və idarə etmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların (ehtiyat hissələrinin) qəbulunu, yerləşdirilməsini, həmçinin anbarda məxaric olacaq sifarişlərin toplanması və yüklənməsini təşkil etmək;
  • Malların mədaxili, məxarici və transferi üzrə uçotunun və sənədləşdirilməsinin düzgün aparılmasını təmin etmək;
  • Verilən anbar sahələrindən səmərəli istifadəni təmin etmək;
  • Funksiya daxili dövri, daimi və selektiv inventarizasiya proseslərini təşkil etmək, həmçinin Daxili Nəzarət tərəfindən təşkil olunan inventarizasiya proseslərində iştirak etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1200 -1500 AZN;
  • İş rejimi: 6 günlük;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı, “Neptun” marketlə üzbəüz);
  • Servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Anbardar” yazaraq [email protected]  göndərmələri xahiş olunur.