İşin təsviri
                
                
                                
                İş şəraiti
	- İş yeri ünvanı: Sumqayıt Kimya Sənaye Parkı
 
	- İş qrafiki: 08:00 – 18:00
 
	- Həftənin 5 günü (Bazar ertəsi – Cümə)
 
Vəzifə öhdəlikləri:
	- Gələn və çıxan malların düzgün şəkildə qeydiyyatını aparmaq
 
	- Anbarın düzgün təşkilini və nizam-intizamını təmin etmək
 
	- Məhsulların təhlükəsiz və düzgün şəkildə saxlanılmasına nəzarət etmək
 
	- İstehsalatla bağlı ehtiyatların vaxtında təhvil-təslimini təşkil etmək
 
	- Anbar hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
 
Namizədə tələblər:
	- Anbardar vəzifəsində minimum 3-5 il iş təcrübəsi
 
	- Kağız və karton sənayesi sahəsində təcrübə mütləqdir
 
	- Məsuliyyətli, diqqətli və punktual olmaq
 
	- Kompüter bilikləri (anbar proqramları ilə işləmə bacarığı üstünlükdür)
 
	- Fiziki cəhətdən sağlam olmaq və komandada işləmək bacarığı
 
Təklif edirik:
	- Rəsmi əmək müqaviləsi
 
	- Rəqabətədavamlı əmək haqqı
 
	- Nahar və servis xidməti
 
	- Stabil və uzunmüddətli iş imkanı
 
Müraciət etmək istəyən namizədlər CV-lərini yuxarıda Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.