İnsan Resursları şöbəsinin Rəhbəri

  • Referans CLC
  • Elanın qoyulma tarixi: 22.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi; 
  • İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
  • Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi;
  • Əmək haqqı və vəzifə dəyişiklikləri ilə əlaqədar sorğuların ilkin cavablandırılması və təsdiqə göndərilməsi;
  • Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;  
  • Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;  
  • Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
  • Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;  
  • Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması.
  • Şöbə əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək, dəstək olmaq və işlərin planlaşdırılmasını həyata keçirmək;
  • Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi; 

Namizədə tələblər:

  • Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
  • İR əməliyyatlar idarə etmə sahəsində minimum 3 illik iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
  • Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı);
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı;

CV-lərini “İnsan Resursları şöbəsinin rəhbəri” başlığından istifadə edərək göndərilməsi tələb olunur. 

Son müraciət tarixi: 01.03.2023

Email: [email protected] 

İşəgötürənin reytinqi