Referans CLC


Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. 

Bizim əsas məqsədimiz əhaliyə beynəlxalq standartlara uyğun tibbi xidmətlər göstərməklə, ölkənin və regionun ən yaxşı laboratoriya və poliklinik mərkəzlərindən birinə çevrilməkdir.

Məsuliyyətimizi dərk edərək hədəfimiz fəaliyyətimizdə daim ən yüksək səviyyəli xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz olmaqdır. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyalardan istifadə edərək, pasiyentlərimizin məmnunluq dərəcəsini fasiləsiz yüksəltmək əzmindəyik. Məhz bu məqsədimizi əsas tutaraq xidmətlərin keyfiyyət nişanı sayılan ISO 9001:2015 (Keyfiyyətin İdarəedilməsi Sistemi) sertifikatını 2018-ci ildə əldə etdik.

Mərkəzimizin laboratoriyası dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub. Burada 9 əsas (CoLab, Hematologiya, Mikrobiologiya, Molekulyar Mikrobiologiya, Genetika, Sitogenetika, İmmunologiya, Serologiya) və bir sıra alt bölmələr (hamilələrin prenatal skrininqi, diabetik monitorinq, axınlı sitometriya, yenidoğulmuşların metabolik skrininqi və s.) üzrə 4000-nə yaxın laborator müayinələr aparılır.

Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq aparılır və bütün nəticələrin dürüstlüyü kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.

"Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil" şüarı altında xidmət göstərən Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinik "Doğru nəticə - sıfır xəta" prinsipi qarşıya məqsəd kimi qoyulub. Bütün mərhələlərin beynəlxalq standartlara uyğun şəkildə aparılması üçün mərkəzimizdə ciddi Keyfiyyətə Nəzarət Sistemi mövcuddur. Bu sistem mərkəzimizdə iş prosesininin bütün mərhələlərdə düzgün aparılmasını izləməyə və xətaların qarşısını almağa imkan verir.

Pasiyent hüquqlarına hörmət, pasiyentlərin davamlı maarifləndirilməsi və məlumatlandırılması, laborator analizlərin sürətli, doğru, izlənilə və təkrarlana bilən üsullarla həyata keçirilməsi, peşəkar həkim qəbulları və müayinələrinin təşkili mərkəzimizin ən böyük üstünlüklərindəndir.

Dəyərlərimiz

Keyfiyyət – Gördüyümüz hər bir işi beynəlxalq standarlara uyğun şəkildə həyata keçirmək.

Şəffaflıq– Özümüzə, pasiyentlərimizə və tərəfdaşlarımıza qarşı şəffaf və dürüst olmaq.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?