İnsan Resurları üzrə Menecer

İşin təsviri

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00 - 18:00 kimi.
  • İstirahət günü: şənbə, bazar.
  • Əmək haqqı: 800-1000 Gross.
  • Nahar və nəqliyyat şirkət tərəfidən qarşılanır.

Namizədə tələblər və öhdəliklər:

  • Ali təhsilli.
  • İş təcrübəsi: 5 ildən artıq.
  • Dil bilikləri: azərbaycan və rus.
  • Ofis proqramları üzrə kompüter bilikləri.
  • 1C proqramı üzrə biliklər.
  • Davamiyyətin uçotunu təşkil edir;
  • Barmaq izinin yoxlanması (Fingerprint)
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi,
  • Onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
  • İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
  • Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini;
  • İşçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
  • İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
  • Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.
  • AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti.
  • Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi.
  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi.
  • Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi.
  • Dəqiq və məsuliyyətli çalışma bacarığı.

Əlaqə: (+994) 0992062026

Cv-lərinizi isə müraciət et bölməsində qeyd olunan mailə göndərməyiniz xahiş olunur.