Maliyyə meneceri

  • Elanın qoyulma tarixi: 16.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Maliyyə şöbəsini idarə edir və öz tabeliyində olan bütün əməkdaşların vəzifə və öhdəlikləri haqqında ətraflı məlumatlara malikdir;
  • Müəssisənin maliyyə hesabatlarını tərtib edir və fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatları toplayır və analiz edir;
  • Aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün maliyyə şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin edir;
  • Mühasibatlıq sistemləri, daxili qayda və prosedurlar, habelə otel üçün müəyyən edilmiş yerli qaydalar ilə yaxından tanış olmaq;
  • Otel daxilində bütün maliyyə əməliyyatları üçün qoşma sənədləri və həyata keçmiş bütün daxili nəzarət tədbirlərini davamlı şəkildə yoxlayır, və bunların prosedurlara əsasən icra olunmasını təmin edir;
  • Bütün bank hesabları və baş mühasibatlıq kitabının aktiv və passiv hesabları üçün yoxlama aktları hazırlayır və bunları hər ay müvafiq sənədlərlə birgə yoxlayır;
  • Büdcə və proqnozların hazırlanmasında iştirak etmək və şöbə rəhbərlərinə öz xərcləri və büdcə tələblərini analiz etmək üçün yardımçı olur;
  • Dövlət qurumları tərəfindən tələb edilən bütün ödənişlər və ya sənədlərin, məs. ƏDV və ya əmək haqqı fondundan vergilərin düzgün olmasını və vaxtında təqdim edilməsini təmin edir.
  • Mənfəətin illik, rüblük planlarını və rentabellik göstəricilərini müəyyən edir

Tələblər:

Təhsil:

  •  Ali maliyyə və ya iqtisadi təhsil;

Bilik və Bacarıqlar:

  • Vergi qanunvericiliyi, normativ və aktlar üzrə biliklər;
  • Yerli və beynəlxalq mühasibatlıq standartları;
  • Məlumatların analizi (data analysis);
  • Detallara diqqətlilik;
  • Problem həll etmə;
  • İdarəçilik
  • Kritik və analitik düşüncə
  • Stress altında işləmə
  • Kompüter bilikləri:
  • MS Excel;
  • ERP sistemlər;

Dil bilikləri:                          

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili –danışıq səviyyəsində