SƏTƏM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstehsalat üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətinin, səbəblərinin araşdırılması, onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
  • İş proseslərinin əməyin mühafizəsi, ekoloji və yanğın təhlükəsizliyi, sanitar-epidemoloji, əhalinin və ərazinin fövqəladə hallardan mühafizə qaydalarına uyğun olaraq təşkil edilməsinə, həmçinin Cəmiyyətdaxili normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə  mütəmadi nəzarət etmək;
  • Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventilyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək;
  • Radioaktiv, tez alovlanan, partlayış təhlükəli, yanacaqlar və zəhərləyici maddələrlə işləyən iş sahələrinə ciddi nəzarət etmək;
  • Mexanizm və qurğularda mühafizə vasitələrinin yerində və saz olmasına, qurğu və aparatların, fərdi mühafizə vasitələrinin, işçilərin istifadə etdiyi xüsusi geyimlərin müəyyən edilmiş normalara (standartlara) uyğun olmasına nəzarət etmək;
  • Elektrik qurğuları və cihazlarının torpaqlanmasına, təcridolunma müqavimətinin illik yoxlanılmasına nəzarət etmək;
  • İstehlak mallarının emalı, idxalı və ixracı, habelə satışı zamanı insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;
  • Baş vermiş bədbəxt hadisələrin təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət  etmək;
  • Cəmiyyətdə xidmət göstərən podratçı/subpodratçı təşkilatlar tərəfindən sağlamlığın qorunması, əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi və yanğın təhlükəsizliyi sahələri üzrə işlərin təşkilinə və aparılmasına nəzarət etmək;
  • Müəssisədə əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın üzrə yoxlamalar aparmaq;
  • Əməyin təhlükəsizliyinin qiymətləndirilməsi zamanı təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsini təşkil etmək və prosesə nəzarət etmək;
  • Yanğından mühafizə avadanlıqlarının yerində olmasına nəzarət etmək;
  • İşçilərə təxliyyə planı və fövqəladə hal zamanı cavab hərəkətləri, evakuasiya üçün siyasət və prosedurlar haqqında təlimat keçmək;

Namizədə tələblər:

  • Ali təhsil(müvafiq sahə üzrə);
  • Sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, yaxşı səviyyədə ingilis dili və rus dili biliyi;
  • Microsoft Office proqramları üzrə kompüter biliyi;

Digər məlumatlar:

İş yeri: Daşkəsən rayonu, Dəmir filizi sahəsi

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]