Satınalma üzrə mütəxəssis

  • Agrarco
  • Elanın qoyulma tarixi: 15.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Quba, Qusar, Xaçmaz rayonu

Namizədə dair tələblər:

  • Təhsil: Ali;
  • Dil bilikləri: Azərbaycan, Rus, İngilis dili;
  • MS Office proqramlarında və 1C-də işləmək bacarığı;
  • İş təcrübəsi: 2-3 il iş təcrübəsi, audit sahəsində, təchizat və ya logistika sahələrində olması arzuolunandır;
  • Kənd əsərrüfatı sahəsində təcrübə olması arzuolunandır;
  • INCOTERMS şərtlərini bilməlidir;
  • Stresədavamlı, tələbkar, məsuliyyətli.

Vəzifə öhdəlikləri: 

  • Şirkət adından materialları / xidmətləri alır, xərcləri optimallaşdırır, vaxt və keyfiyyət standartlarını müşahidə edir;
  • İddiaçı siyahısının müəyyənləşdirməkdə, Departament rəhbərliyinə köməklik etməlidir;
  • Tenderlərin/Qiymət sorğularının hazırlıq mərhələsində, potensial təchizatçıları təqib edir və tender mərhələsində zəruri gizliliyi təmin edir;
  • Alınan təkliflərin əsasında, kommersiya müqayisələrinin statistik hesabatını aparır, müvafiq texniki və kommersiya müqayisə cədvəlləri tərtib edir;
  • Müzakirələrin hazırlanması və aparılması, ətraflı texniki şərtlərin təmin olunmasının yoxlanılması;
  • Şirkətin standart müqavilələrinə əsasən, müqavilələrin hazırlanması üçün yardımçı olur, satınalma şərtləri və qaydaların müqavilədə öz əskdini tapmasına nəzərət edir, Şirkət və Qrup siyasətlərinə uyğun olaraq formal düzgünlüyünü yoxlayır;
  • Gündəlik sifarişləri qəbul edir;
  • Sifarişin sonrakı revizyonlarını yerinə yetirir;
  • Malların və materialların düzgün və vaxtında təqdim olunmasına nəzarət;
  • Dövri hesabatların hazırlanması;
  • Təchizatçılarla qiymət, texniki va digər mühüm danışıqların aparılması;
  • Zamanında çatdırılma, qiymət və keyfiyyətin təmin olunmasına nəzarət.

Xüsüsi tələblər:

  • Sürücülük vəsiqəsi;
  • Şəxsi avtomobili olmalı, iş zamanı istifadə ediləcək;
  • Ezam olunacaq.

Təminat: Yanacaq şirkət tərəfindən təmin ediləcək.

İş şərtləri:

  • İş saatları: 09:00-18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə, Bazar.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə Satınalma üzrə mütəxəssis” - Şimal regionu üzrə yazaraq göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]