Məhsulların silinməsinə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ərazidə sifariş paylayan yük avtomobillərinin sürücülərindən anbara geri dönərkən qaytarılan silinmə məhsullarının fakturalarını qəbul etmək
  • Silinmə qaytarmalarını bir-birindən düzgün şəkildə ayırmaq, malların miqdarının fakturanın üzərində qeyd olunmuş rəqəmlə eyni olmasının yoxlanması
  • İş axışı üçün müvafiq strukturlara əlaqənin təmin edilməsi və prosessin idarə edilməsi;
  • Sistemlə bağlı mütamadi olaraq rəhbərliyə təkliflərin verilməsi
  • Alınan sifarişləri incələmək, hər hansı maneə zamanı adekvat tədbirlər görmək
  • İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək;
  • Periodik olaraq hesabatlar hazırlamaq

Tələblər:

  • Ali iqtisadi təhsil
  • Dəqiq və məsuliyyətli olmaq;
  • Yüksək analitik təhlil qabiliyyəti;
  • MS Office proqramları biliyi;
  • Komandada işləmək bacarığı;
  • Daxili Nəzarət sahəsində təcrübə arzuolunandır

Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma

İş yeri: Salyan, Mingəçevir, Bakı şəhəri
İş qrafiki: Növbəli iş qrafiki.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Məhsulların silinməsinə nəzarət üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Email: [email protected]

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.    

İşəgötürənin reytinqi