Ərazi üzrə supervayzer (Naxçıvan ərazisi üzrə)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 08.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Müvafiq Ərazi üzrə filialın əməliyyatlarının aparılmasında və kəsintisiz iş fəaliyyətinin təmin edilməsində Ərazi Menecerinə aktiv dəstək olmaq
  • Biznes əməliyyatlarını izləmək, daxili qayda və reqlamentlərə uyğun olaraq fəaliyyət göstərmələrini təmin etmək
  • İşçi Heyəti ilə davamlı əlaqədə olaraq əməliyyatların aparılmasında liderlik sərgiləmək, işçi heyətinin motivasiyasının və iş keyfiyyətlərinin artırılmasında Ərazi Menecerinə dəstək olmaqla, iş prosesi zamanı yaranmış problemlərin həllində proaktiv yanaşma göstərərək həll etmək

Namizəddən gözləntilərimiz:

  • Təhsil Bakalavr (Maliyyə, İqtisadiyyat, Marketinq və digər müvafiq sahələr üzrəarzuolunandır)
  • Kreditvermə sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən  kreditvermə sahəsində 2 il  Ərazidə  işləmək təcrübəsinin olması
  • Ümumi Kreditvermə prosess və prosedurları haqqında məlumatlı olmaq, kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
  •  İnzibati və idari işlərin idarə edilməsi üzrə koordinasiya və təşkilatçılıq bacarıqları
  • Microsoft Office proqramlarını əla səviyyədə işləmə bacarığı (xüsusən Excel,Word)
  • Azərbaycan dili-səlis.İngilis dili-arzuolunandır

Bacarıqlar:

  • Liderlik bacarığı
  • Fikrini aydın ifadə etmək
  • Ünsiyyət bacarıqları
  • Analitik düşüncə bacarığı
  • Problemi həlletmə bacarığı
  • Təşəbbüskarlıq
  • Yenilikçi
  • Komanda işi

Sosial imtiyazlar:

  • Tibbi sığorta

 

https://glorri.com/fincaazerbaijan/63e4d97f9ff3489183c82841-%C6%8Frazi%20%C3%BCzr%C9%99%20supervayzer%20(Nax%C3%A7%C4%B1van%20%C9%99razisi%20%C3%BCzr%C9%99)?sources

İşəgötürənin reytinqi