Kiçik backend proqramçı

  • eManat
  • Elanın qoyulma tarixi: 06.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Veb/mobil platformanın fəaliyyəti üçün müvafiq kodlaşdırmanın həyata keçirilməsi və platformanın fəaliyyəti dövründə çıxan xətaların aradan qaldırılması;
  • Növbəti istifadə üçün təkrar istifadə oluna bilən kodlardan və kitabxanalardan istifadə edilməsi;
  • Yeni texnologiyaların tətbiq edilməsi;
  • Platformanın sabitliyinin təmin edilməsi və funksional imkanların əlavə edilməsi üzrə komandanın digər üzvləri ilə aktiv müzakirələrdə iştirak etmə;
  • Komandaya yeni qoşulan həmkarlara dəstək olma, müvafiq təlimlərin keçirilməsi.

Tələblər:

  • Java proqramlaşdırma dili üzrə ilə ən azı 1 il iş təcrübəsi
  • Spring Core, Spring Boot, Spring Data, Spring Security, JPA/Hibernate biliklər
  • SQL verilənlər bazası (RDBMS: PostgreSQL) bilikləri
  • NoSQL: MongoDB bilikləri
  • OOP prinsiplərini bilmək
  • Git ilə iş təcrübəsi
  • RESTful API ilə iş təcrübəsi
  • CI/CD, Kubernetes, Docker bilikləri üstünlükdü

Şəxsi keyfiyyətləri:

  • Komanda şəklində işləmə bacarığı
  • Məsuliyyətli, təşəbbüskar və işgüzar
  • Korporativ ünsiyyət bacarıqları.

Təhsil və dil bilikləri:

  • Ali təhsil;
  • Dil bilikləri : 
  • İngilis dili – Upper intermediate
  • Rus dili - B2 (üstünlükdür)

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Kiçik backend proqramçı” yazılmalıdır.

Email: [email protected]

İşəgötürənin reytinqi