Laborant (Kimyaçı)

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 05.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə:

  • İstehsal olunan malların çeşidlərinə müvafiq olaraq, mallara nəzarət edir.
  • Gördüyü işin nəticələrini müvafiq jurnalda qeyd edir.
  • İstehsal olunan malların keyfiyyətinə dair texniki sənədləşməni həyata keçirir.
  • İstehsal olunan məhsulun keyfiyyətinə dair statistik məlumatları ümumiləşdirir və bununla əlaqədar təkliflər hazırlayır.
  • Analizlərin nəticələrinə əsasən keyfiyyətsiz mal aşkar etdikdə, müəyyən olunmuş qaydada brak aktı tərtib edir və qərar qəbul edilməsi üçün rəhbərliyinə göndərir.
  • Analizlərin aparılması metodlarına müvafiq olaraq, kimyəvi reaqenlərdən istifadə edir.
  • Tədqiqatlar zamanı laborator analizləri, sınaqları, ölçmə və s. işləri icra edir və ya onların aparılmasına rəhbərlik edir;
  • Təsdiq edilmiş tədqiqat proqramına müvafiq olaraq, materialların toplanmasında və işlənməsində iştirak edir;
  • Laborator avadanlıqların sazlığına nəzarət edir, onların tənzimlənməsini təmin edir; 
  • Cihazları eksperimentlər həyata keçirilməsi üçün hazırlayır;
  • Cihazların göstəricilərini qeyd edir, müşahidələr aparır, hazır məhsul nümunələrinin standartlara uyğunluğunu yoxlayır;
  • Analizlərin, sınaqların və ölçmə nəticələrinin uçotunu aparır.

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi (min. 1 il);
  • Ciddi, məsuliyyətli, dəqiq olmalı,
  • Analiz bacarığı,
  • Yaş həddi 25-35 arası.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Laborant" yazmaqla göndərə bilərlər.

İşəgötürənin reytinqi