Telesatış üzrə Kiçik Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 04.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bütün segmentlərə aid potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlarını təmin edilməsi;
  • Bütün segmentlərə aid cari və potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onlara yeni platformanı tanıdaraq, iştirakçı kimi cəlb edilməsinin və satışların artırılmasının təmin edilməsi;
  • Bütün segmnetlərə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması. Hüsusi siyahılar üzrə mövcud və potensial müştərilərin təkrar zənglərin edilməsi (kredit kartlarının etibarlıq tarixləri bitdikdə daxil olmaqla);
  • İpoteka üzrə müştərilərə hüsusi siyahılar üzrə zənglərin edilməsi (İpoteka Fondu tərəfindən istənilən sənədlər barədə müştərilərin məlumatlandırılması);
  • Bütün məhsullar ilə bağlı müştərilərə video zənglərinin icra edilməsi;
  • Bütün segmentlərə aid olan müştərilər üçün Bank tərəfindən təqdim olunan məhsulların soyuq satış və daxil olan müraicətlər əsasında e2e satışı (Məhsul üzrə daxil olan müştəri müraciətlərini qəbul edib,müştərilərə lazımi məlumatları təqdim edərək e2e satışı həyata keçirmək);
  • Miles&Smiles məhsulu üztə dəstəyinin təmin edilməsi : telefon vasitəsilə müştərləri məhsul barədə konsultasiyanın aparılması və zəngdən sonra satışın təmin edilməsi üçün müvafiq strukturlara lazımı qeydiyyatların aparılması , xüsusi proqram təminatı ilə millərin hesablanmasının yoxlanılması , welcome millərin hesablanmasının yoxlanılması və müştəriyə aid əlaqə nömrəsinin dəyişdirilməsi, video identifikasiya ilə müştərinin kartının əldə edilməsi və imzanın təstiqinin təmin edilməsi , kartların müştəriyə çatdırılmasının təmin edilməsi ,  müştərilərin sifariş zamanı çatışmayan məlumatların əldə edilməsi ,  müştəri şikayətlərinin təhlil edilməsi və həlli yolların müəyyənləşdirilməsi;
  • Məsafədən satış zamanı prosesdə yaranan problemlərinin aradan qaldırılması üzrə müraciətləri təhlil etmək və müştəriyə lazımi dəstəyin göstərilməsi: Satılmış məhsulların monitorinqi , tamamlamamış müraciətlər ilə bağlı sistemdən daxil olan emai-ların alınması və prosesə uyğun olaraq icrası, müştərilərin əlaqə nömrələrinin axtarışı, müştərilərə proses üzrə dəstək verilməsi , müştərilərə nəticə ilə bağlı zənglərin edilməsi;
  • Təqdim olunmuş siyahilara və alternative kanallar vasitəsi ilə daxil olan müraciətlərə əsasən potensial müştərilər ilə əlaqə saxlayıb məlumat təqdim etmək , satış etmək və müvafiq sənədləri yığmaq;
  • Satış zamanı fiziki görüş tələb edən məhsullar ilə bağlı daxil olan müraciətlərin təhlil edilməsi (ilkin məlumatın əldə olunması – first screening) və RM-lərin arasında kredit sifarişlərinin bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
  • Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
  • Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərilməsi;
  • Müştərinin satışdan sonra yaranan narahatçılıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən müvafiq strukturlara müraciətin edilməsi. Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyi təmin edilməsi;
  • Sosial media üzərindən daxil olan müraciətlərin operativ cavablandırılması,müştəri şikayət və təkliflərinin aiddiyyatı strukturlara yönləndirilməsi;
  • Müştəri Menecerlər və potensial müştərilər üçün görüşlərin təmin edilməsi;
  • Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi və təhlil edilməsi və müvafiq strukturlara eskalasiya edilməsi;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il 
  • Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)
  • Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
  • Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq
  • Bazar üzrə biliklər:
  • Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

 

https://glorri.com/pashabank/63dd8a90abd87f54dff08811

İşəgötürənin reytinqi