Satınalma üzrə mütəxəssis

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 02.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil,
  • Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək),
  • Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti,
  • Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır,
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Yaradılmış sifariş formalarının analizi;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Email:  [email protected]

 

İşəgötürənin reytinqi