Şəxsi köməkçi

İşin təsviri

İşin təsviri:

  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
  • Strukturun fəaliyyətinə aid sənədlərə baxılması və onların düzgün rəsmiləşdirilməsinin yoxlanılması;
  • Rəhbərlk tərəfindən verilmiş tapşırıq əsasında təqdimatların hazırlanması;
  • Daxili şöbələrlə əlaqə qurmaq, zənglərin cavablandırılması və işgüzar səyahətlərin təşkil edilməsi;
  • Rəhbərlik adından daxili və xarici yazışmaların idarə edilməsi;
  • İclas və görüşlərin təşkili, iştirakçılara vaxt, yer və mövzu barədə  məlumat verilməsi, habelə görüşlərin protokollarının tərtib edilməsi;
  • Zəruri hallarda rəhbərliyin iş görüşləri və yazışmalarını Azərbaycan dilindən rus/ingilis dilinə və əksinə tərcümə edilməsi;
  • Məlumatların məxfiliyinin qorunması.

 

Namizəd üçün tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə 1 il iş təcrübəsi;
  • Azərbaycan, İngilis, Rus dillərində səlis danışıq/yazı bacarığı;
  • MS Word, Excel, PowerPoint, Outlook və s. ofis proqramlarından mükəmməl istifadə bacarığı;
  • Mükəmməl ünsiyyət bacarığı;
  • Zamanın səmərəli və effektiv idarəedilməsi;
  • Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi;
  • Nəzakətli və diplomatik ünsiyyətə sahib olması.

İş qrafiki: Həftəiçi 09:00-18:00

Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

Müraciət etmə qaydaları:

  • Maraqlanan namizədlərdən CV formalarını mail ünvanına “Şəxsi köməkçi” başlığı ilə göndərmələri xahiş olunur.
  • Qeyd: Yalnız tələblərə cavab verən namizədlərə geri dönüş ediləcəkdir.

 

Email: [email protected]