Kredit inzibatçılığı üzrə kargüzarlıq mütəxəssisi

  • MCB BOKT
  • Elanın qoyulma tarixi: 01.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı:  600 manat 

Müqavilə şərti: Daimi

Vəzifə öhdəlikləri:

  • Kredit əməliyyatları ilə əlaqədar olan sənədlərin elektron və çap formada arxivləşdirilməsi; 
  • Kredit əməliyyatları ilə bağlı daxil olan məktubların, ərizə və müraciətlərin qeydiyyatı, saxlanılması və cavablandırılması; 
  • Müştərilərin müraciətlərinə uyğun olaraq tələb olunan sənədlərin hazırlanması və təqdim olunması;
  • Sığorta müqavilələrinin yazılması və yenilənməsinə nəzarət;       
  • Tələb olunan digər gündəlik tapşırıqların icra olunması;  

Tələblər: 

  • Cinsi - Kişi
  • Təhsil- Ali
  • Yaş həddi- 22-35
  • Müvafiq və ya oxşar sahədə təcrübə; 
  • Müştərilərlə və tərəfdaşlarla şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;  
  • Azərbaycan dili şifahi və yazılı -səlis, ingilis dili şifahi və yazılı orta səviyyədə; 
  • Kompüter bilikləri;
  • Məsuliyyət və dəqiqlik; 
  • Hərbi xidməti bitirmiş və ya xidmətdən möhlət hüququ olanlar;

Göstərilən tələblərə cavab verən namizədlər 15.02.2023 tarixə qədər CV-lərini “Kargüzarlıq” başlığı ilə elektron ünvanına göndərə bilərlər. CV-ləri seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]