Maliyyə mütəxəssisi

  • AGA GROUP
  • Elanın qoyulma tarixi: 28.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə haqqında məlumat:

  • Struktur bölmə: Maliyyə departamenti
  • İş rejimi: 5 gün, 09:00-18:00
  • Əmək haqqı: 1200 (nett)
  • İş yeri: Demirchi Tower
  • Son müraciət tarixi: 27.01.2023

Xüsusi tələblər:

  • Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat sahələri üzrə);
  • İş təcrübəsi: Maliyyə Nəzarəti, Audit, Risklərin İdarəedilməsi, Hesabatlılıq sahəsi üzrə ən azı 1.5-2 il;
  • Sertifikat/vəsiqə/lisenziya: Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər təhsili (eyni zamanda ACCA F3/F7 sertifikatının olması üstünlükdür);

Vəzifə tələbləri:

  • Kompüter bilikləri: 1C (yaxşı), Excel (əla), ERP;
  • Dil: Azərbaycan dili (əla), İnglis dili (üstünlük verilir);
  • Yaş: 24-28.

Vəzifə öhdəlikləri:

  • İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını (hər dördünü) hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Kapital Qoyuluşu üzrə rüblük, yarımillik və illik hesabatların hazırlamaq;
  • Faktiki rəqəmlərdəki dəyişikliklərin, dalğalanmaların və tendensiyaların aylıq, rüblük və illik təhlilini həyata keçirmək;
  • Müvafiq əməliyyatları 1C proqramına daxil etmək.
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün  əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini  təşkil və nəzarət etmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
  • "Pul vəsaitləri üzrə proqnoz məlumatların hazırlanması və tələb edildiyi halda təsisçidən vəsait istəyi ilə bağlı müraciətin hazırlanması;"
  • "Xərclər baxımından büdcə və nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, gəlirlər və xərclər üzrə büdcənin mərkəzləşdirilməsi;"
  • Şirkətin illik büdcəsinin hazırlanması;
  • Büdcə üzrə uyğunluqla əlaqəli xərclər və yatırımların daim izlənməsi;
  • Kredit borclar üçün banklar tərəfindən tələb olunan hesabatların və sənədlərin banka göndərilməsini təmin etmək;
  • Debitor və kreditor borcları və avanslar üzrə yaşlanma cədvəllərinin hazırlanması;
  • Aylıq büdcə-fakt analizinin aparılması;
  • Audit tapıntılarının aradan qaldırılması üzrə işlər.

Bacarıqlar:

  • Riyazi hesablama aparma;
  • Analitik düşünmə;
  • Dəqiqlik və detallara diqqətlilik ;
  • Məsuliyyətlilik.

Digər məlumatlar:

Vakansiya üçün müraciət qaydası: Müraciət etmək istəyən namizədlər mövzu hissəsində vəzifənin adını qeyd etməklə CV-lərini e-mail ünvanına göndərməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi