AGA GROUP


Artıq iyirmi səkkiz ilə yaxındır ki, “AGA Şirkətlər Qrupu” Azərbaycanın özəl sektorunda öz şərəfli yerini tutmaqla bərabər, ölkə iqtisadiyyatında sözün əsl mənasında tarix yazmaqdadır. Yarandığı ilk gündən etibarən usanmadan, yorulmadan, tər tökərək, “olmaz”, “alınmaz”, “yoruldum” sözlərini qəbul etmədən gecə-gündüz çalışaraq, həm ölkə iqtisadiyyatına, həm də şirkətə böyük dəyər qatmışdır. Bütün bunların sayəsində imkansız olan şeylər həyata keçdi və böyük fürsətə çevrildi. Beləliklə, balaca bir şirkət böyük bir Qrupa çevrilmiş oldu. Bu müddət ərzində bizi çox insanlar alqışladı, dəstək oldu,sevdi, bəzən isə xoşagəlməz təbəssümlər, ümidsiz gözlər belə gördük, acı sözlər eşitdik. Amma zamanla işlərimizin nəticəsində bütün o insanlar fikrini dəyişdi. Bu iyirmi səkkiz il ərzində “AGA Şirkətlər Qrupu” Azərbaycanda, inşaat sektorunda, daha doğrusu, qeyri-yaşayış sahəsində öz sözünü dedi. “AGA Şirkətlər Qrupu” deyəndə beş yüzdən çox yerli və xarici şirkətlərə, səfirliklərə yüksək dərəcədə xidmət edən bir kollektiv nəzərdə tutulur. Azərbaycanda “plaza” deyildikdə bu anlamı inkişaf etdirən, onu ən yüksək səviyyəyə çatdıran Qrup nəzərdə tutulur. Bugün plaza sözü deyəndə ilk ağıla gələn ancaq “AGA Şirkətlər Qrupu”na məxsus iş mərkəzləridir. 

“AGA Şirkətlər Qrupu” çox qısa bir müddət ərzində maliyyə sektorunda da inanılmaz böyük addımlar atdı. Maliyyə işini mükəmməl bilən, ağıllı, bacarıqlı, istedadlı, kreativ insanların nəticəsində “AGA Şirkətlər Qrupu” bugün ölkənin maliyyə sektorunda öz layiqli yerini tutub. Bu insanlarla danışarkən onların mənə söylədikləri yol xaritəsi, strategiyalarını gördükdə heç şübhə etmirəm ki, yaxın bir zamanda “AGA Şirkətlər Qrupu” Azərbaycanın ən böyük maliyyə korporasiyalarından biri olacaqdır. Kənd təsərrüfatına gəldikdə isə həqiqətən də inanılmaz, möcüzəli işlər görülüb. Cəmi dörd il ərzində susuz, daşlı və əkinə yararsız ərazilərdə Azərbaycanın ən böyük fındıq bağları salınmışdır. Azərbaycanda ilk dəfə olaraq fındıq əkinçiliyi üzrə aqropark yaradıldı. Minillərlə susuz, istifadəyə yararsız olan torpaqlara bu gün can verilib. Ucu-bucağı görülməyən sahələr ecazkar və füsunkar fındıq bağlarına çevrildi. Biz “AGA Şirkətlər Qrupu”nun təsisçiləri, Demirçi ailəsi olaraq öz missiyamızı vətənimizə və Azərbaycanımıza layiqli övlad kimi xidmətimizdə görürük. Biz hər zaman və hər yerdə Ana vətənimiz — Azərbaycanımızın maraqlarını şirkətimizin və ailəmizin maraqlarından daima üstün tutduq. Pandemiya dövründə, istisnasız olaraq istər dövlət qurumlarına edilən ianələr, istərsə də yüzlərlə ailəyə olan yardımlar ləngitmədən və vaxtında həyata keçirildi. Əgər 1-ci Qarabağ müharibəsində ailə olaraq öz kiçik imkanlarımızla, evdə nişan üzüklərimizi və irsən bizə keçən xalçaları satmaqla etmişdiksə, 2-ci Qarabağ müharibəsində həm “Demirçi” Ailəsi, həm də “AGA Şirkətlər Qrupu” olaraq mütəşəkkil şəkildə qələbəyə öz töhfəmizi verdik. Biz bununla fəxr edirik və qürur duyuruq! Azərbaycan olduqca “AGA Şirkətlər Qrupu” da olacaqdır, Azərbaycan isə daim olacaqdır!”

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?