Həkim-qastroenteroloq

İşin təsviri

Tələblər:

  • Ali tibbi təhsil
  • Bu sahədə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan Respublikası Qanunvericiliklə müəyyən edilmiş qaydada “həkim qastroenteroloq”  ixtisası üzrə peşə hazırlığı  keçməlidir;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etməlidir,və həminkursların sertifikatına malik olmalıdır;
  • Azərbaycan Respublikasının Səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilməlidir və digər normativ hüquqi aktları barədə məlumatlı olmalıdır;

Məsuliyyətlər:

  • Tibbi praktika tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir;
  • Mövcüd  qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır.
  • Qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsini edir;
  • Bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsini edir;
  • Mədə xəstəliklərinin diaqnostikası və müalicəsini edir;
  • Pankreas, öd kisəsi və öd yollarının xəstəliklərinin diaqnostikası və müalicəsini edir;
  • Endoskopiya, Ezofaqoqastroduodenoskopiya, Anoskopiya– Rektoskopiya, Kolonoskopiya, ERCP prosedurlrı edir;
  • Pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir;
  • Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir;

Dəyərlərimiz:

  • İnkişaf və davamlı öyrənmək istəyi (xroniki xəstəliklərin müalicəsində İnteqrativ tibbin tətbiqi)
  • Qayğı göstərmək və kömək etmək istəyi
  • Bioloji Təbabət -orqanizmin özünübərpa və müdafiə sistemlərinin pozulmuş funksiyalarını bərpa edən və səbəbin aradan qaldırılmasına yönəldilən müasir təbabətdir

Şərtlər:

  • İş qrafiki 6 günlük, Bazar ertəsi-Cümə saat 09:00 -dan 17:00-dək, Şənbə saat 10:00 – 13:00
  • İstirahət: Bazar günü;
  • Əmək haqqı: müsahibə zamanı müəyyən edilir

Göstərilən tələblərə uyğun namizədlərdən mövzü hissəsində “Həkim-qastroenteroloq qeyd edərək CV formasını göndərməyiniz xahiş olunur.

Email:  [email protected]