Kadr kargüzarlığı üzrə qrup rəhbəri

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 25.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Kadr kargüzarlığı sahəsində 5 il iş təcrübəsi (Minimum 1 il qrup rəhbəri olmaqla);
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;

Vəzifə öhdəlikləri:

  • Şirkətin insan resursları ilə bağlı bütün əməliyyat və sənədləşmə proseslərini idarə etmək və nəzarət etmək;
  • Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsi, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, başqa işə keçirmə, başqa işçinin əmək funksiyasının icrası, işçinin işdən kənar edilməsi,  mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və əmək şəraiti şərtlərinin (əlavələrin) dəyişdirilməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
  • Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətli əmək müqaviləsinə xitam verilməsi və yaxud müddətinin uzadılması, tərəflərdən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsi və əmək müqaviləsinə  (işçilərin ixtisarı) xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təşkil və təmin etmək;
  • Əməyin ödənilməsi normalarının - əmək haqqı (və yaxud orta əmək haqqı), əmək haqqının minimum məbləği, əməyin ödənilməsi sistemi və növləri, peşələr (vəzifələr) əvəz edildikə əməyin ödənilməsi, müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi, əvəzçilik üzrə əmək haqqının ödənilməsi,  istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə, iş vaxtından artıq vaxtda görülən işə görə, gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi, natamam iş vaxtında əməyin ödənilməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
  • İşçilərin haqq-hesab sənədləri, əmək haqqının verilmə yeri, forması, əmək haqqından tutulmalara yol verilən hallar və onların icrası qaydası, əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
  • Əmək və icra intizamının təmin edilməsi, əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin  tənzimlənməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
  • Kadr kargüzarlığına aid yuxarıda qeyd olunan əməliyyatların növündən asılı olmayaraq 1C, Uyumsoft, Daily attendance və digər daxili əməliyyat proqramlarına məlumatların daxil edilməsini daim yoxlamaq və işlərə nəzarət etmək;
  • Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarında istifadənin tənzimlənməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
  • Sənədləşmə və əməliyyat prosesləri haqqında Departament Direktoruna aylıq, rüblük və illik hesabatları təqdim etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırılması və dəyişikliklərin hesabatının aparılmasını təmin etmək;
  • İllik məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi proseslərini və verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Kadr kargüzarlığı üzrə qrup rəhbəri” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Email:  [email protected]

 

İşəgötürənin reytinqi