Hesabatlılıq şöbəsinin baş mütəxəssisi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 24.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • MHBS (IFRS)-ə və xüsusi holdinq qaydalarına uyğun olaraq aylıq və illik qrup maliyyə hesabatlarının hazırlanması;
  • Hesabatların hazırlanması zamanı istifadə edilən məlumatların dəqiqliyini və dolğunluğunu analiz etmək;
  • Hesabatların hazırlanması və təqdimatı üzrə ən qabaqcıl təcrübələri araşdırmaq, tərtibat üçün Cəmiyyətin ehtiyaclarına ən uyğun olanını seçmək və təklif etmək;
  • Hesabatların hazırlanması prossesində təşkilati-informasiya dəstəyinin verilməsini həyata keçirmək;
  • Hesabatların hazırlanmasının effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bölmələrlə əməkdaşlıq etmək;
  • İllik büdcənin hazırlanmasında iştirak etmək;
  • Rüblük və aylıq əsasda büdcə-faktiki təhlillərini aparmaq;
  • Rüblük əsasda il sonu büdcə proqnozlarını hazırlamaq;
  • Şöbənin funksiyasından irəli gələn digər işlər.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 2 il iş təcrübəsi.
  • Təhsili/ixtisası: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus dili (orta)
  • Üstünlüklər: SQL və Power BI üzrə biliklər, CFA imtahanını üzrə birinci mərhələsini uğurla tamamlaması, beynəlxalq audit şirkətlərində qazanılmış iş təcrübəsi.
  • Kompüter bilikləri: MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında işləmək bacarığı
  • Sertifikasiya/lisenziya: ACCA sertifikasiyası üzrə ən azı FR və FA imtahanlarından uğurla keçilməsi və ya DipİFR sertifikasiyası
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
  • Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

https://pasha-life.az/about/#career

İşəgötürənin reytinqi