İnsan Resursları üzrə Mütəxəssis

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 23.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə uyğun olaraq, işçi hərəkətinin təmin edilməsi.
  • İşə qəbul, əmək müqaviləsində müvafiq dəyişikliklər, işdən azad prosedurlarının icra edilə bilməsi.   
  • Məzuniyyət, intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi.
  • İşçilərin şəxsi işlərinin əksiksiz hazırlanması, əmək fəaliyyətindən irəli gələn dəyişikliklərin həyata keçirilməsi
  • Dövrü  hesabatların hazırlanması, analizi 
  • Əmək qanunvericiliyini əsas tutaraq, bütün növ sənədlərin əksiksiz hazırlanması
  • Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;
  • EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi
  • İşçilərin orientasiya, adaptasiya, onlara təyin olunan imtiyazlardan istifadə, mövcud olan motivasiya performans dəyərləndirmə prosedurlarının icrası. 
  • Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında yerinə yetirilməsi.

Namizədə bağlı tələblər:

  • Ali təhsil 
  • Yaş: 23-35
  • Müvafiq sahə üzrə iş təcrübəsi;
  • AR Əmək Qanunvericiliyi üzrə biliklər, Əmək Məcəlləsi, müvafiq normativ sənədləri bilməli
  • EMAS portalında, İSB sistemində sərbəst işləmək bacarıqları
  • MS Office(MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Kadr kargüzarlığı haqqında biliyə malik olmalı;
  • Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə. 

İş Şəraiti:

  • İş vaxtı: həftədə 5 gün
  • Əmək haqqı: 800 AZN

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini  məktubun mövzu hissəsində İR mütəxəssisi” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır. 

İşəgötürənin reytinqi