İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi üzrə Xəzinədar

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 23.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Müştərilərin aldıqları məhsulların ödənişini nağd və nağdsız olmaqla qəbul etmək, kassa aparatı və satış sistemində satışı rəsmiləşdirmək;
  • Geri alış üçün maliyyə şöbəsindən təhvil verilən nağd pul vəsaitlərini qəbul etmək, geri alışlar həyata keçirildikdən sonra xərclənən vəsaitlərin avans hesabatlarını hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
  • Geri alış həyata keçirildiyi zaman məhsulun alışını alış aktı və kassa məxaric orderi ilə rəsmiləşdirmək;
  • Günün sonu kassa aparatı və satış sistemində hesabatları dərc etmək, mağaza müdirinin iştirakı ilə günün satışlarını yoxlayıb təsdiq etmək;
  • Gün ərzində satışlardan əldə edilmiş nağd vəsaitləri ADM terminalı vasitəsi ilə Cəmiyyətin bank hesabına mədaxil etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.
  • Riyazi hesablama və analitik düşünmə qabiliyyəti;
  • Əla ünsiyyət bacarıqları;
  • Kassa aparatları ilə işləmə bacarığı;
  • Dil və komputer bilikləri: Azərbaycan və Rus dilləri (səlis), İngilis dili arzuolunandır. Microsoft Office proqramları üzrə biliklər.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil.
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.

 

https://careers.azergold.az/vakansiya/xezinedar-ictimaiyyetle-elaqeler-ve-marketinq-sobesi-marketinq-ve-perakende-satis-sektoru

İşəgötürənin reytinqi