Debitor borclar üzrə mühasib

  • Camal LTD
  • Elanın qoyulma tarixi: 19.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Debitor borclarının izlənməsi və təhlili;
  • Hər ayın sonunda debitorlarla üzləşmələr aparmaq və üzləşmə aktlarını tərtib etmək;
  • Rəhbərliyə debitor borclar haqqında hesabatları hazırlamaq;
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması və prosedura uyğun ödənilən borclarının 1C 8.3 proqram təminatında düzgün işlənilməsinə nəzarət;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Digər gündəlik (invoys, qaimələrin yazılması, departamentlərə gündəlik məlumatların göndərilməsi) və aylıq debitor (müvafiq şöbələrlə hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Gündəlik təhvil-təslim aktlarının yoxlanılması və aktlara əsasən elektron qaimələrin tərtib olunması,hesab faktura və qiymət razılaşma protokolunun yazılması;
  • Göndərilən elektron qaimələrin daimi olaraq nəzarətdə saxlanılması

Tələblər:

  • Təhsil : Ali
  • İş təcrübəsi : 1 ildən 3 ilə qədər
  • Yaş : 27 – 45
  • Cins : Kişi
  • Ali təhsilli olmalı;
  • Müvafiq sahədə 1-3 illik təcrübə;
  • MS Office (Word, Excel) və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə bilikləri yaxşı səviyyədə;

Əlavə məlumat:

  • Əmək haqqı; 700 – 800 AZN;
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

Maraqlanan namizədlərdən mövzu sətrində “Debitor borclar üzrə mühasib” qeyd etməklə CV-ni mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]  

İşəgötürənin reytinqi