İşin təsviri
                
                
                                
                Görəcəyiniz işlər:
	- Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
 
	- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi; 
 
	- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi; 
 
	- Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi; 
 
	- Tender zamanı şirkəti təmsil etmək; 
 
	- Müqavilələr üzrə danışıqların aparılması; 
 
	- Tender və kotirovka protokollarının hazırlanması; 
 
	- Yeni müştəriləri cəlb etməklə şirkətin müştəri bazasını artırmaq; 
 
	- Potensial müştəriləri tapmaq, onlara təkliflər vermək;
 
Namizədə tələblər
	- Ali təhsilli,
 
	- Tender sahəsində 1-3 il təcrübəsi olmalı, 
 
	- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli, 
 
	- Ofis texnikası ilə işləmə bacarığı, 
 
	- Microsoft Office proqramlarını bilməlidir, 
 
	- Səliqəli, punktual, xoş görünüşlü, 
 
	- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı 
 
	- Fikrini izah etmək qabiliyyəti; 
 
	- Ünsiyyət yaratmaq bacarığı; 
 
	- İşə planlı yanaşması;
 
Əlavə məlumat:
	- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
 
	- İş qrafiki: 5 gün
 
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini mövzu yerində “Tender və satış üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.
Email:  [email protected]