İşin təsviri
                
                
                                
                Tələblər:
	- Ali təhsil;
 
	- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
 
	- Yerli və xarici idxal/ixrac qanunvericiliyini bilmək;
 
	- Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilmək;
 
	- Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
 
	- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
 
İşin təsviri:
	- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
 
	- Alternativ və daha optimal daşıma yollarını araşdıraraq;
 
	- Daşınma prosesində tələb olunan gömrük və digər tələb olunan sənədləri hazırlamaq;
 
	- Xarici və daxili əlaqələrin yaradılması, çatdırılma tarixlərinin müəyyən edilməsi işləri;
 
	- Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
 
	- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
 
	- Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
 
	- Qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət;
 
	- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
 
	- Logistik problemləri aşkarlanması və təkmilləşdirmələr üçün planlar hazırlayıb tətbiq edilməsi;
 
Əlavə məlumat:
	- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
 
	- İş qrafiki: 5 gün
 
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini mövzu yerində “Logistika üzrə mütəxəssis / koordinator” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.