İnsan Resursları üzrə Mütəxəssis

  • U and R Company
  • Elanın qoyulma tarixi: 17.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • İqtisadiyyat/hüquq sahəsində ali təhsil
  • İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi
  • Müvafiq sahə ilə bağlı qanunvericilik və Əmək Məcəlləsi üzrə biliklər
  • MS Office (xüsusilə MS Excel), 1C, proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
  • Davamiyyətin uçotunu təşkil edir;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
  • İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
  • Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;  
  • Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
  • İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
  • Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu. Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
  • Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.

Şərtlər:

  • İş yeri: Bakı şəh., Nərimanov ray., Təbriz 39/k (Təbriz evləri)
  • 5 günlük iş həftəsi: Bazar ertəsi – Cümə: 09:00 -18:00
  • Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Müraciət üçün CV-nizi [email protected] ünvanına (mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” yazaraq) göndərməyiniz xahiş olunur.