İşin təsviri
Tələblər:
- Ali təhsilli olmalı;
- Aidiyyatı sahə üzrə minimum 2 il təcrübə;
- Ofis proqramlarında işləməyi bacarmalı;
- Kollektivlə işləmək bacarığı;
- Normativ sənədlərlə işləməyi bacarmalıdır.
İş haqqında məlumat:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməli;
- Satış sahəsində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- Satış sahəsində sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- Satış sahəsində bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
- • Müəssisədə yanğın təhlükəsizliyi avadanlıqlarının xidməti və nəzarətinin təşkilini aparmalıdır.
İş şərtləri: Həftə içi 5 gün, saat 09.00-18.00
İş yeri: Bakı şəh.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.