Satınalma üzrə mütəxəssis

  • Art Plastic
  • Elanın qoyulma tarixi: 12.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalma planının hazırlanması, hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət və müqayisə cədvəlinin hazırlanması, satınalmalarla bağlı məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlaması;
  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət etmək;
  • Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddətini və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparmaq;
  • Bazar araşdırması aparmaq;
  • Bağlanmış müqavilələrin idarə olunması və icrasına nəzarət, planlaşdırma və satınalma fəaliyyəti haqqında hesabatların təqdim edilməsi
  • Rəhbərliyin digər göstərişlərini həll etmək.

Namizədə tələblər: 

  • Ali təhsil;
  • Yaş: 25-35 yaş;
  • İstehsalat sahəsində təcrübə;
  • İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı. 

İş şəraiti: 

  • Həftədə 6 iş günü, 1 gün (bazar) istirahət;  
  • Əmək haqqı : müsahibə əsasında.
  • İş yeri Abşeron r-nu, Masazır qəs.,Qurtuluş YK-nin yaxınlığı. 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini elektron ünvanına mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]

Art Plastic tərəfindən digər vakansiyalar