İşin təsviri
Vəzifə funksiyaları:
- Rəhbərlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında, yüksək səviyyədə yerinə yetirmək;
- Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, təbliğat-təşviqat işində iştirak etmək; İctimaiyyəti təşkilatın fəaliyyəti ilə əlaqədar operativ və mütəmadi məlumatlandırmaq;
- Press-relizlər, tezislər, müsahibələr, çıxışlar, məlumatlar və s. hazırlaması və elektron formada ictimaiyyətə çatdırılmasında iştirak etmək;
- Təşkilatın rəsmi internet səhifəsi və sosial şəbəkə hesablarında yayımlanan məlumatların mütəmadi yenilənməsində, informasiyaların maarifləndirici, maraqlı və lokanik hazırlanmasında iştirak etmək;
- Çap, video və foto materialların seçimində iştirak etmək, arxivləşdirilmə işlərini görmək;
- Mətbuat konfransı, brifinq və digər müxtəlif xarakterli tədbirlərin təşkilində, keçirilən tədbirlərə mətbuat orqanlarının cəlb edilməsində iştirak etmək;
- KİV-də təşkilat haqqında yayımlanan məlumatların monitorinqini aparmaq.
Vəzifənin tutulması şərtləri:
- Ali təhsil: Humanitar və sosial, Marketing, İctimaiyyətlə əlaqələr (PR), Beynəlxalq münasibətlər;
- İş stajı: azı 2 il iş stajı (sosial media və digər marketinq kanallarında kontent yaratmaq bacarığı);
- Kompüter biliklərinə dair tələblər: MS Office və dizayn proqramları (Adobe Photoshop, Premier);
- Xarici dil bilikləri: Rus dili - B1 səviyyəsində, İngilis dili - A2 səviyyəsində
- Yaradıcı düşüncə qabiliyyəti;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri ” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Email: [email protected]