Kimyaçı-mühəndis

  • Avrora
  • Elanın qoyulma tarixi: 06.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi; 
  • İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
  • Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
  • Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd edilməsi;
  • Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə səliqəli şəkildə, tam dolğun aparılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil: Ali bakalavr (kimya, biologiya sahəsində); 
  • İş təcrübəsi: Kimyaçı - laborant və ya laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür);

İş şərtlərimiz:

  • İş qrafiki : Növbəli;
  • İş yeri : Avrora Sənaye Parkı (Hökməli qəs);
  • Nahar və servis şirkət tərəfindən təmin olunur;

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Kimyaçı-mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İşəgötürənin reytinqi