İşin təsviri
Tələblər:
- Təhsil: Ali (bakalavr)
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- AR-nın Əmək Məcəlləsinin işə qəbul sahəsinə aid maddələri haqqında məlumatlı olmaq;
- İşi planlaşdırma və təşkil etmə bacarığı;
- İdarəetmə və kommunikasiya bacarığı;
- Vaxt idarəetmə bacarığı;
- Stressə davamlılıq bacarığı;
- Müsahibə bacarığı;
- Tədqiqatçılıq bacarığı;
- Ünsiyyət bacarığı;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili - səlis, İngilis - arzuolunandır;
- Kompüter bacarıqları: MS Office proqramları;
- Komandada işləmək bacarığı;
Vəzifələr:
- İşə qəbul sisteminin yaradılması, o cümlədən işçi say normalarının təyini, vəzifələr üzrə meyarların hazırlanması, seçim mərhələləri ilə bağlı işlərin təşkili, testləşdirmə, müvafiq müsahibə komissiyaların formalaşdırılması, ehtiyac olduqda müsabiqə komissiyalarının formalaşdırılmasında iştirak etmək;
- İşə qəbul prosesinə aid mövcud qanunvericilik biliklərinin daim təkmilləşdirilməsi;
- İşçi işə başlayarkən görülən işlərin koordinasiyası;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi;
- İşçi tələbnamələrinə uyğun olaraq iş elanlarının yerləşdirilməsi;
- Vakant ştat vahidləri üçün işçi axtarılması, işçi bazasının formalaşdırılması, seçilmiş kadrları yerləşdirmək;
- Əmək bazarını araşdırmaq, işəgötürənin əmək bazarında prestijinin artırılması üçün tədbirlər təşkil etmək;
- Kadr məsələlərini həll etmək üçün təhsil müəssisələri və məşğulluq idarələri (özəl, dövlət) ilə birbaşa əlaqələrin formalaşdırmaq, əmək yarmarkalarının təşkili və ya belə yarmarkalarda iştirak etmək;
- Uğurlu namizədlər haqqında əvvəlki və ya indiki işə götürənlərindən rəylərin alınması;
- Vəzifədən irəli gələn inzibati öhdəliklər – iş təkliflərinin hazırlanması, tələb olunan sənədlərin qəbulu və s.;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
- İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərini müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirtmək;
- İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər;
İş şəraiti:
- 6 günlük iş rejimi;
- AR əmək qanunvericiliyinə əsasən sənədləşmə;
- Əmək haqqı müsahibə nəticəsinə əsasən müəyyən olunacaq;
Maraqlananlar CV-lərini “İşə qəbul üzrə mütəxəssis (Recruiter)” başlığı altında elektron ünvanına göndərə bilərlər.
Email: [email protected]