Marketinq üzrə mütəxəssis

  • BESTİNG MMC
  • Elanın qoyulma tarixi: 28.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Yeni məhsul üçün şirkətdaxili müvafiq proqramda etiket və məhsul tələblərinin açılması, məhsulun ideyasından  başlayaraq bazara təqdim edilməsinə qədər olan prosesdə lazımi adamlarla əlaqədə olmaq və məhsulun zamanında bazara təqdim edilməsini təmin etmək, qiymət və qiymət artışlarının müvafiq sistemi üzərindən yayımlanması.
  • Tv, rəqəmsal və digər reklam məcralarında verilmiş reklamların izlənilməsi və effektivliyin artırılması üçün təkliflər verilməsi, Müvafiq kateqoriya marka üçün reklam briefin hazırlanması. reklam vasitələrinin işlənib hazırlanmasında dəstək göstərmək, reklam çəkilişlərində, montaj olunmasında iştirak etmək. Son halını rəhbərinə təqdimat şəklində təqdim etmək
  • Məsul olduğu kateqoriya , marka portfelində  məhsul satışlarını izlənilməsi  lazımi optimizasiya təkliflərinin verilməsi
  • Marketinq büdcəsinin kənarlaşmaması və uyğun xərcləmələrin edilməsinin təqib edilməsi
  • Anbar qalıqlarının izlənilməsi , dövretməsi zəif olan  məhsullarla bağlı ehtiyat alınması üçün satış və ticarət  marketinq komandasının məlumatlandırılması
  • Mətbəəyə çapa gedəcək etiketlərin son olaraq müvafiq sistem üzərindəki etiket dizaynı ilə qarşılaşdırılaraq yoxlanılması, çapa uyğunluq verilməsi.
  • Kateqoriyaya məxsus məhsullar üçün barkod sistemi üzərindən məhsul haqqında məlumatların doldurulması və barkodların təmin olunması
  • Şirkətdaxili müvafiq sistem üzərindən hazır qida kateqoriyasına məxsus  SKU Etiket Məlumat Formunda başladılması, təsdiqlənmə prosesinə nəzarət olunması, planlama bölməsinə təqdim olunması.
  • Marketing strategiyasının və planının hazırlanmasında iştirak etmək və tətbiq etmək, müvafiq hesabatı təqdim etmək
  • Sosial media üzərindən marka səhifəsi ilə bağlı işlərin aparılması, paylaşım planının verilməsi, paylaşım dizaynlarına uyğunluq verilməsi,Sosial media üzərindən layihələrin, yarışmaların keçirilməsində dəstək göstərmək, Markanın veb səhifəsi ilə bağlı işlərin aparılması. tv , media, radio və supermarket radio planların hazırlanması.
  • Marka strategiyasına uyğun layihələrin, tədbirlərin keçirilməsində təşkilatçılıq
  • Araşdırma və İnkişaf bölməsində yeni çalışmalarının reallaşdırılmasında dəstək, məhsul dadımlarının keçirilməsi.
  • Yeni marketinq trendlərin izlənilməsi və müvafiq kateqoriyaya tətbiq etmək.
  • Ay ərzində Ticarət kompaniya tərəfindən göndərilən ümumi kompanyalarının göstərilən vaxtadək dəqiq tanıdılması.

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan və Rus dili , ingilis dili arzuolunandır.
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • MS Ofis proqramları ,
  • Yaradıcı, innovativ və strateji  düşünmə bacarığı
  • Komandada işləmə, mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı 
  • Bir neçə işin paralel idarə edilməsi bacarığı
  • Satış dəyişimlərini ehtimal etmək üçün analitik düşünmə bacarığı
  • Qrafik dizayn, veb dizayn, istehsal və s. sahəsində ən son tendensiyalar, texnologiya və metodologiyalarla tanışlıq
  • Məqsəd və nəticə yönümlü çalışmaq
  • Avtomobil idarə etmək bacarığı
  • Kişi namizədlər

Əmək haqqı 700-900 AZN

İş rejimi – 5 günlük.

Email: [email protected]