Mikro biznes məhsullarının satışı şöbəsinə kiçik mütəxəssis və mütəxəssis

  • Kapital Bank
  • Elanın qoyulma tarixi: 26.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Bankın bazasında olan sahibkar müştərilərə kredit və qeyri-kredit məhsullarının satışı məqsədilə zənglər edir;
  • Bankın bazasında olan sahibkar müştərilərə kredit və qeyri-kredit məhsullarının məsafədən rəsmiləşdirməsini edir;
  • Müştərilərə zənglər zamanı onların ilkin təhlilini həyata keçirir, potensial müştəriləri qiymətləndirir, ilkin rəsmiləşmə məlumatlarını sistemə əlavə edir və Bankın stuktur bölmələrinə yönləndirir və ya bilavasitə satışın və xidmətin edilməsini və rəsmiləşdirmə aparılmasını həyata keçirir;
  • Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərir;
  • Banka internet resursları, sosial şəbəkə, sms və ya hər hansı digər vasitə ilə daxil olan müştəri müraciətlərini qəbul edərək əlaqəni təmin edir və onları məlumatlandırır;
  • Zəng etmiş və bank məhsullarından yararlanmaq niyyətini bildirmiş, lakin filiala müraciət etməmiş müştərilərlə yenidən əlaqə yaradır və təkrar görüş təyin edir və s.

Tələblər:

  • Ali təhsil
  • Səlis Azərbaycan dili,(Rus dili və İngilis dili arzuolunandır)
  • Microsoft Oficce proqramları üzrə biliklər
  • Mikro sahə üzrə iş təcrübəsi (min 6 ay)
  • Online satış üzrə biliklər
  • Məsuliyyətlilik,dəqiqlik və operativlik
  • Təzyiq altında işləmə qabiliyyəti
  • Qərar qəbul etmə bacarığı
  • Kollektivdə işləmə bacarığı
  • Müştərilərlə ünsiyyət qurma qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.

İşəgötürənin reytinqi