Satış meneceri

  • ATA PACK MMC
  • Elanın qoyulma tarixi: 22.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil - İqtisadiyyat, İdarəetmə, Biznesin təşkili sahəsində olması üstünlükdür;
  • Satış sektorunda iş təcrübəsi;
  • Satış texnikası haqqında biliyin olması;
  •  İngilis və Rus dillərində səlis danışıq;
  • Mükəmməl liderlik və idarətmə bacarıqları;
  •  Xarici ölkələrə işgüzar səfərlər edə bilməli;
  • MS Office proqramlarında sərbəst işləmə qabiliyyəti
  • Yüksək və effektiv ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Yüksək analitik düşüncə, problemləri müəyyən etmə, araşdırma və həll etmə bacarıqları;
  • Fərdi və komanda şəklində effektiv çalışma bacarığı.
  • Şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Şöbənin strateji hədəflərini və satış planlarını hazırlamaq;
  • Yeni satış metodologiyaları, bazara təşviq sxemləri və texnikalarını tətbiq etmək, inkişaf etdirmək;
  • Satışın artırılması və satış planının icrası üçün təkliflər hazırlamaq;
  • Yeni müştəriləri aşkar etmək (yerli və xarici) və müştərilərlə biznes münasibətləri qurmaq;
  • Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
  • Yeni məhsul və xidmətlər barəsində mütəmadi olaraq danışıqlar aparmaq;
  • Görülən bütün işlər barədə mütəmadi olaraq rəhbərliyə məlumat vermək.

İş barədə məlumat:

  • Əmək haqqı: 1500-dən başlayır.
  • İş günü-həftə içi 5 gün, istirahət günü - şənbə, bazar.
  • İş saatı - 08:00-dan 17:00-a dək.
  • Nahar şirkət tərəfindən verilir.
  • İş yeri -  Sabunçu rayonu, Balaxanı Sənaye Parkı.

Uyğun namizədlərdə öz CV-lərini “Satış meneceri” başlığı altında e-mail ünvanına göndərmələri xahiş olunur.