Kredit yoxlanışı üzrə işçi (Lənkəran)

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 21.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə  kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının  həqiqətən də mövcud olduğundan  əmin olmaq; 
  • Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadəetmə imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
  • Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;

Namizəddən gözləntilərimiz:

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili 
  • İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində ən azı 6 aylıq iş təcrübəsi; o cümlədən, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook)  sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
  • Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;
  • Dil Bilikləri: Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

Xüsusi  tələblər:

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması; 

Şirkətin təqdim etdiyi Güzəşt və Əsas İş Şəraiti bundan ibarətdir:

  • İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.
  • Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqı 
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Yanacaq və Amortizasiya xərcləri 
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • Peşəkar beynəlxalq iş mühiti

Seçimlərdə növbəti addımlar

Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, 10 Yanvar, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!

Müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. Çünki prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün müraciətlərin rəsmi son tarixindən sonra alınan müraciətlər nəzərə alınmaya bilər.

Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

https://finca.az/jobs/kredit-yoxlanisi-uzre-isci-12-3/

İşəgötürənin reytinqi