Aqronom entomoloq

  • Dövlət qurumu
  • Elanın qoyulma tarixi: 20.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Yeri:  Səngəçal- Nahar şirkət tərəfindən təmin olunur

İş yerinə çatdırılma: Şirkət tərəfindən təmin olunur (20 yanvar m/s)

İş Şəraiti: Standart Quruda

İş Rejimi: 5 günlük 09:00-18:00

Sığorta: İcbari

Namızədə tələblər:

  • Təhsil:  Ali təhsil (aqronomluq, aqrokimya, bitki mühafizəsi və ya torpaqşünaslıq üzrə), xaricdə bakalavr, maqistratura və ya doktorantura təhsili olan namizədlərə üstünlük verilir
  • İş təcrübəsi:  Aqronomluq sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi

Xüsusi biliklər: 

  • Xaricdə təcrübə və ya ixtisasartırma proqramlarında iştirak etmiş namizədlərə üstünlük verilir
  • Kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri ilə mübarizə işinin təşkilinə dair göstərişlər, normativ-instruktiv və metodiki materiallar;
  • Bitkilərin və toxumların pestisidlərlə müalicəsi texnologiyası;
  • Bitki mühafizəsi sahəsində elmin nailiyyətləri və qabaqcıl təcrübə;
  • Torpaq qanunvericiliyinin əsasları;

Öhdəliklər:

  • Kənd təsərrüfatı bitkilərinin zərərvericiləri və xəstəlikləri ilə mübarizə işini təşkil etmək;
  • Kənd təsərrüfatı bitkilərinin saxlandığı ərazilərin sistemli tədqiqini aparmaq, zərərvericilər və xəstəliklərlə yoluxma dərəcəsini müəyyən etmək və onlara qarşı mübarizə üçün konkret tədbirlər təklif etmək;
  • Bitki mühafizəsi tədbirləri üçün təqvim planları hazırlamaq;
  • Məhsul itkisinin qarşısını almaq üçün zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizədə mütərəqqi texnologiya və qabaqcıl təcrübələri tətbiq etmək;
  • İşçiləri sanitariya istiqaməti üzrə maarifləndirmək;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Aqronom entomoloq” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. 

Sadələşdirilmiş elektron məlumat bazasına keçid - https://forms.gle/xdqpNs9gCGqgmYPz9

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.