Proqramlaşdırma tədris sahəsi üzrə Proqram meneceri

  • Code Academy
  • Elanın qoyulma tarixi: 16.12.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəd etdiklərimiz:

  • Peşəkar heyətiylə professional formada inkişaf etdirəcək iş mühiti;
  • Tez böyüyən və bazarda müsbət nüfuza malik şirkətdə ekspertlərlə iş təcrübəsi;
  • Code Academy daxilindəki bütün dərslərə giriş imkanı;
  • Modern/ kreativ üslubda iş şəraiti;
  • Kompyuter, mobil telefon və korporativ nömrə;
  • Karyera irəliləyişlərində hamıya bərabər olan yeni imkanlar:
  • Müvafiq olaraq daxili və xarici bazarlarda təlimdə iştirak imkanları;
  • Bilikləri paylaşmağa açıq olan gənc və dinamik komanda;
  • Müasir texnologiyalardan istifadə etmək imkanı;
  • Rəqabətə davamlı əmək haqqı.

Akademik fəaliyyət və inzibati işlər:

  • Akademiyanın qoyduğu qaydalar çərçivəsində tədris prosesinin icrasını təşkil etmək və nəzarət etmək; 
  • Tədris proqramı çərçivəsində müəllim və mentor/müəllim köməkçilərinin dərsin keyfiyyətli şəkildə təyin olunan tədris saatları çərçivəsində tədris etdiyinə nəzarət etmək;
  • Tələbə layihələrini müəllimlə birgə təyin etmək və məzun olma proseslərində layihə rəhbəri ilə birgə qərar verən tərəf kimi çıxış edə bilmək;
  • Müəllimlərin layihələr üzrə  yerləşdirilməsi və nəzarəti üzrə işlər görmək;   
  • Müəllimlərin təlim və inkişaf planlarını hazırlamaq və nəzarət etmək;
  • Yeni müəllimlərin yetişdirilməsi üzrə Akademik şöbə ilə sıx işləmək.

Tələblər:

  • Minimum 5 il C#, .Net və əlaqəli texnologiyalarla işləmək təcrübəsi;   
  • Aktiv coding təcrübəsi;        
  • 2+ il komanda idarəetmə təcrübəsi;   
  • Minimum 3 böyükhəcmli layihədə təcrübə (software developer, architect və s. olaraq);
  • Azərbaycan dili ana dili, yaxşı səviyyədə ingilis dili texniki səviyyədə mütləqdir.

Şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Nəticəyönümlülük;
  • Motivasiyalı;
  • Detallara yönümlü;
  • Sistemli və yaradıcı düşüncə;
  • Komanda yönümlülük;
  • Sinif idarəetmə bacarığı;
  • Öz bilik səviyyəsini daim inkişaf etdirməyə həvəsli olan;
  • Mürəkkəb məlumatları emal edib, onları aydın və sadə şəkildə təqdim edə bilən.

 

https://glorri.com/code/6392f07d8cfac636ba0e04ee-Proqramla%C5%9Fd%C4%B1rma%20t%C9%99dris%20sah%C9%99si%20%C3%BCzr%C9%99%20Proqram%20meneceri?