İxracın təşviqi departamentinin ixrac bazarları ilə iş şöbəsinin böyük mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Departament direktoru və ya şöbə müdiri tərəfindən həvalə olunmuş işləri vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək; 
  • Müvafiq dövlət proqramları və sənədlərində quruma tapşırılmış işlərin həyata keçirilməsi ilə bağlı aidiyyəti hesabatların hazırlanmasında iştitak etmək; 
  • İxrac bazarları üzrə qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı xaricdə keçirilən forumlarda, konfranslarında, seminarlarında və digər tədbirlərdə qurumu təmsil etmək;
  • Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində qurumun digər struktur bölmələrindən zəruri məlumat və sənədləri almaq;
  • İxracın təşviqi sahəsində qanunvericiliyi nəzərdən keçirmək və tələb olunan məlumatları şöbə müdirinə təqdim etmək;
  • Şöbənin fəaliyyəti ilə bağlı aylıq, dövri hesabatları hazırlamaq və şöbənin müdirinə təqdim etmək;
  • Quruma daxil olan şöbənin səlahiyyətinə aid müraciətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlər görmək;
  • Qurumun digər strukturları ilə əlaqəli şəkildə ixracat bazarları üzrə məlumat mübadiləsinin yerinə yetirmək üçün tədbirlərin (seminar və s.) keçirilməsini təşkil etmək;
  • İxracın təşviqi məqsədilə xarici ölkələrin müvafiq qurumları ilə birgə konfransların, forumların və belə xarakterli digər tədbirlərin Azərbaycanda təşkil olunması ilə bağlı danışıqların aparılmasında iştirak etmək;
  • Şöbənin fəaliyyət sahəsinə aid uçot-statistik və hesabat işlərini aparmaq;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki:

  • Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
  • Zərurət olduqda şənbə günü - yarım gün.

Vəzifəyə dair tələblər:

  • Təhsilə dair tələblər: İqtisadiyyat, hüquq, idarəetmə, sosial elmlər və ya oxşar sahələr üzrə ali təhsil;
  • İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
  • Yaş: 23 yaşdan yuxarı
  • Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
  • Yazılı və şifahi kommunikasiya bacarığı;
  • Təqdimat bacarığı;
  • Yaradıcı qabiliyyət;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İxrac bazarları ilə iş şöbəsinin böyük mütəxəssisi” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.